
Polad Bülbüloğlu Bakıda "BMW"si ilə qəza törətdi - YENİLƏNİB - VİDEO
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, qeyd olunan hadisə ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsinə sürücülər tərəfindən məlumat daxil olmayıb:
“Hadisə ilə bağlı deyə bilərəm ki, avtomobillərə ciddi ziyan dəyməyib. Onlar öz aralarında razılaşaraq çıxıb gediblər. İnzibati xəta tərkibi yaradan hal isə bu vəziyyətdə yalnız 327.1-ci (ara məsafəsinin gözlənilməməsi) pozulmasıdır. Maddi ziyan yoxdursa, tərəflər öz aralarında razılaşıblarsa, əlavə qanun pozuntusundan söhbət gedə bilməz”.
——-
16:48
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda qəza törədib.
Busaat.az “oxu.az”a istinadən xəbər verir ki, P.Bülbüloğlu idarə etdiyi BMW markalı, diplomatik nömrəli avtomobili eyni istiqamətdə hərəkət edən, taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı maşına arxadan vurub.
Qəza Səbail rayonu Xəqani küçəsində baş verib. Hadisə nəticəsində avtomobillərə cüzi maddi ziyan dəyib.























