Noyabrın 18-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Busaat.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 105, o cümlədən borclu şəxs qismində axtarılan 86 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.