Polis arvadına 15 dəfə atəş açıbmış… – Uşaqları da bölmədə olub

image-1633065666_pol-1backend

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı ondan şikayət üçün 24-cü Polis Şöbəsinə gedən həyat yoldaşı Xanım Məmmədovanın orada olması barədə məlumat alıb. Daha sonra İsmayıl Məmmədov həmin şöbəyə gələrək arvadını xidməti silahı ilə güllələyərək öldürüb.

Busaat.az-ın məlumatına görə, polis həyat yoldaşı Xanım Məmmədovanı qətlə yetirərkən azyaşlı övladları da yanında olub.

ATV telekanalında yayımlanan sujetdə azyaşlıların bölmədə olmasını təsdiqləyən görüntülər də yer alıb.

Hadisə ilə bağlı “Xəzər Xəbər”də yayımlanan sujetdə isə bildirilib ki, İsmayıl həyat yoldaşı Xanıma 15 dəfə atəş açıb.

Qeyd edək ki, cütlüyün iki övlad var. Ailənin böyük uşağı bu ildən 1-ci sinfə gedir.

Xatırladaq ki, faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki