Bakının Yasamal rayonu ərazisində marşrut avtobusunda şəhər sakini olan bir qadının çantasından içərisində 570 manatı, sənəd və bank kartı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Busaat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən 1972-ci il təvəllüdlü əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat vermələri xahiş olunur.
Faktla bağlı araşdırmalar davam etdirilir.