Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 838 $▲1.14%
  • Ethereum1 819 $▲2.84%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

“Polisin qarşısına kütləvi cərimələmə niyyəti qoyulmayıb” - DİN

image-1629444986_elsad-haciyev
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Sosial şəbəkələrdə bəzi şəxslər infeksiya riskinin yüksək olduğu qapalı məkanlarda polisin həyata keçirdiyi tədbirləri qınaq hədəfinə çevirməyə çalışırlar”.

Busaat.az  xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib. Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın normalarına əsasən, qapalı məkanlarda tibbi maskadan istifadə məcburiyyəti qalmaqdadır: “Karantin qaydalarına uyğun olaraq, polis tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində polis minlərlə vətəndaşla, sahibkarlıq subyektləri ilə gündəlik iş aparır. Müşahidə olunan odur ki, qanunla müəyyən olunan tələblərə hələ də etinasız yanaşan şəxslər var. Ancaq nəzərə alaq ki, polisin qarşısına kütləvi olaraq vətəndaşları cərimələmək kimi niyyət qoyulmayıb”.

DİN rəsmisi əlavə edib ki, qapalı məkanlarda tibbi maskadan istifadə etməyən, yaxud düzgün istifadə etməyən şəxslər var: “Onların hər biri barəsində kütləvi cərimələnmə həyata keçirilmir. Ancaq bu haldan sui-istifadə edən, insanların həyat və sağlamlığına məsuliyyətsiz yanaşan şəxslərə rast gəlinir. Bir daha vətəndaşlardan xahiş edirik ki, infeksiya riskinin yüksək olduğu qapalı məkanlarda fiziki məsafə, tibbi maskadan istifadəyə ciddi riayət etsinlər”.

Qeyd edək ki, dünən Bakıdakı iri ticarət mərkəzlərindən birində bloqer Hüseyn Həsənovla keçirilən görüş zamanı izdiham yaşanmış, vətəndaşlar qapalı məkanda tibbi maskadan istifadə etməmişdi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=75422