Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 235 $▼1.45%
  • Ethereum1 903 $▼1.28%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Politico-dan sensasion İDDİA: ABŞ dekabrda Avropaya nüvə silahları yerləşdirəcək

image-raw_turkiyede-cok-sayida-abdnin-atom-bombasi-var_838803779
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Birləşmiş Ştatlar Avropaya 2023-cü ildə yerləşdirilməsi planlaşdırılan təkmilləşdirilmiş B61-12 havadan atılan qravitasiya bombasının yerləşdirilməsi ilə bağlı planlarını sürətləndirməyə qərar verib.

Busaat.az xəbər verir ki, bu barədə Politico diplomatik mənbəyə və məsələ ilə əlaqəli iki şəxsə istinadən xəbər yayıb.

Məlumata görə, ABŞ rəsmiləri NATO-nun Brüsseldə keçirilən qapalı iclasında bildiriblər ki, əvvəlcə 2023-cü ilin yazına planlaşdırılan təkmilləşdirilmiş bombanın yerləşdirilməsi dekabr ayına keçirilib.

“Rusiyanın nüvə ritorikasının artması və miqyasını nəzərə alaraq, müttəfiqlərin bir hissəsi davamlı hazırlığı və ardıcıl mesajlaşmanı təmin etmək üçün NATO-da məsləhətləşmələrin davam etdirilməsini tələb edib” – deyə, məlumatda bildirilir.

Məsələ ilə bağlı Pentaqonun sözçüsü Patrick Ryder Politico-ya bildirib: “Birləşmiş Ştatlar nüvə arsenalının təfərrüatlarını müzakirə etmək niyyətində deyil. B61 nüvə silahlarının modernləşdirilməsi illərdir davam edir. Köhnə silahların təkmilləşdirilmiş silahlarla əvəzlənməsi təşəbbüsü uzun müddətdir planlaşdırılmışdır. Bu, heç bir halda Ukraynada baş verən hadisələrlə əlaqəli deyil və heç bir şəkildə sürətləndirilməyib”.

Bununla belə, Politico yazır ki, Vaşinqtonun bu qərarı Qərblə Rusiya arasında gərginliyin artması fonunda baş verir.

Qeyd edək ki, Birləşmiş Ştatlar B61-12 qravitasiya bombasını ilk dəfə 1 iyul 2015-ci ildə sınaqdan keçirib və təkmilləşdirilmiş nüvə silahı 2021-ci ilin dekabrında istehsala başlayıb. ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi modernləşdirmənin bombanın xidmət müddətini ən azı 20 il uzatmağa kömək edəcəyini bildirib.

Rusiya dəfələrlə xəbərdarlıq edib ki, ABŞ-ın bu planları açıq şəkildə təxribat xarakterlidir və Vaşinqtonun nüvə məsələsində tərksilaha çalışdığı iddialarına ziddir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=88724