Polşa Almaniyanın Patriot təklifini qəbul etdi

image-patriotbackend

Almaniya Ukraynaya Patriotların göndərilməsini qəbul etmir.

Busaat.az xəbər verir ki, bunu Polşanın Müdafiə naziri Mariuş Blaşçak deyib.

Mariuş Blaşçak, həmçinin, bəyan edib ki, Almaniyanın təklif etdiyi “Patriot” raket əleyhinə sistemlər Polşada quraşdırılacaq.

Blaşçak, Twitter hesabından verdiyi açıqlamada Almaniya Müdafiə Nazirliyi ilə görüşdüyünü bildirib. Almaniyanın Ukraynaya Patriotların göndərilməsini qəbul etmədiyini qeyd edən Blaşçak əlavə edib: “Buna görə məyus oldum. Biz sistemləri Polşada yerləşdirmək və onları komanda sistemimizə uyğunlaşdırmaq üçün tədbirlərə başlayırıq”.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90