ABŞ Dövlət katibi Mayk Pompeonun 7 ölkəyə səfəri olacaq.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ-ın Xarici işlər naziri jurnalistlərə açıqlamasında deyib.
Pompeo cümə günündən etibarən Fransa, Türkiyə, Gürcüstan, İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına gedəcəyini, bir çox mövzularda müzakirələr aparacağını qeyd edib.
Qeyd edək ki, gürcü mətbuatı Pompeonun 17-18 noyabr tarixlərində Gürcüstanda olacağını yazıb.