Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.77 $▲1.12%
  • WTI neft85.18 $▲0.20%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.184 $▲3.14%
  • Qızıl3 802 $▼1.95%
  • Gümüş45.92 $▼3.31%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda606.00 ¢▲1.08%
  • Bitcoin64 421 $▼0.70%
  • Ethereum1 808 $▼0.83%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Poroşenko canlı efirə hücum çəkdi - Video

image-petr
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko “Rada” telekanalının canlı efirinə hücum çəkib.

Busaat.az “TASS”a istinadən xəbər verir ki, parlament telekanalının efirinə maneə yaradan Poroşenko kanalın kollektivini ölkənin hazırkı rəhbərliyinə işləməkdə ittiham edib.

Eks-prezident iddia edib ki, telekanalın fəaliyyəti üçün ayrılan vəsait “Prozorro” dövlət satınalma saytından yan keçməklə ayrılıb və müxalifətə qarşı mübarizəyə yönəlib.

O bildirib ki, bu vəsaitlər “Prozorro” sistemi olmadan xərclənib və bu, tamamilə korrupsiya müqaviləsidir. Poroşenko studiyaya Ali Radanın maliyyə, vergi və gömrük siyasəti məsələləri üzrə komitəsinin rəhbəri Daniil Qetmançev ilə birgə gəlib.

Keçmiş Prezident, həmçinin aparıcını “gənc qız” adlandırıb və ona “bu qalmaqalda iştirak etməməyi” tövsiyyə edib. Buna baxmayaraq, Poroşenko gedərkən hərəkətinə görə üzr istəyib.

Ukrayna mediasının məlumatına görə, Poroşenko daha sonra bu addımını “yersiz emosiyalar” adlandırıb.

Qeyd edək ki, Poroşenko 2014-cü ildən 2019-cu ilə qədər Ukraynanın Prezidenti olub. O, Radanın hazırkı tərkibində “Avropa Həmrəyliyi” fraksiyasına rəhbərlik edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=66151