Portuqaliya həftədə 4 gün çalışma iş qrafikinə keçir

image-141007-timeworking-stockbackend

Portuqaliyadakı solçu hökumət 100-ə qədər şirkətdə həftədə 4 gün çalışma pilotunun bu gündən başladığını açıqlayıb.

Busaat.az-ın xarici mediaya istinadən məlumatına görə, əmək, sosial müdafiə və həmrəylik naziri Ana Mendes Qodinyo qeyd edib ki, iyunun 5-dən qüvvəyə minən fərmana əsasən, əmək haqqına təsir etmədən həftəlik işin 4 günə endirilməsi praktikası işəgötürənlər və istəyən işçilər üçün başlayıb.

Nazirlikdən verilən məlumata görə, ümumilikdə 350 min avroya başa gələcək bu proqramın büdcəsinin pilot təcrübədə 100-ə yaxın şirkətin iştirakı ilə Məşğulluq və Peşə Təhsili İnstitutu tərəfindən qarşılanacağı bildirilib. Beləcə həftədə 4 gün işləmək, o cümlədən həftəlik iş vaxtının 40-dan 32-yə endirilməsi planlanır.

Pilot proqramda iştirak edən şirkətlər həftənin 4 günü iş təcrübəsi öncəsi, zamanı və sonrasında şirkətin məhsuldarlığı, aralıq xərcləri, işçilərin rifahı kimi məsələlərlə bağlı məlumatlarını nazirliklə paylaşaraq hesabat hazırlayacaqlar.

Portuqaliya hökuməti pilot proqramda iştirak edən şirkətləri və işçiləri öz qərarlarını verməkdə sərbəst buraxarkən heç bir üstünlük və ya subsidiya vermir.

2022-ci ilin noyabr ayında xüsusilə Avropada yayılan Covid-19 epidemiyasından sonra gündəmə gələn 4 günlük iş təcrübəsinə ilk başlayan ölkələrdən biri Belçika olub.

İsveç və Finlandiya kimi bəzi Şimali Avropa ölkələri də bu proqramları sınaqdan keçirir, İspaniya isə bu ilin əvvəlində 41 sənaye şirkətində həftədə 4 gün işləmək sınaqlarına başlayıb.

Lakin İspaniyada praktikada hökumət şirkətləri iştiraka təşviq etmək üçün 200 000 avroya qədər pul verir.

Portuqaliya həftədə 4 gün müxtəlif sektorlarda işləməyi sınayarkən, İspaniyada bunun bütün sektorlar üçün keçərli olub-olmayacağı müzakirələri davam edir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90