Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft90.34 $▼2.30%
  • WTI neft84.28 $▼0.54%
  • Avropa qazı (TTF)82.47 €▼3.53%
  • Təbii qaz (ABŞ)3.249 $▲2.75%
  • Qızıl3 757 $▼0.78%
  • Gümüş45.41 $▼0.87%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda603.00 ¢▼0.37%
  • Bitcoin63 995 $▼1.35%
  • Ethereum1 795 $▼1.52%
  • S&P 5007 341▼1.07%
14°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

Premyer Liqamızdakı 2 yeni komanda hansılar olacaq? – Açıqlama

image-153394_jil3npcmw9
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov yeni mövsüm Azərbaycan liqaları ilə bağlı açıqlama verib.

Busaat.az-ın xəbərinə görə, bu gün qurumun Hesabat Konfransından sonra təşkil edilən mətbuat konfransında E.Məmmədov bildirib ki, yeni mövsümdə Premyer Liqada 10 komanda iştirak edəcək.

AFFA rəsmisi Premyer Liqaya cəlb ediləcək əlavə 2 komandanın hansı olacağı haqda indidən nəsə deməyin çətin olduğunu vurğulayıb: “Çünki lisenziyalaşdırma işlərindən asılıdır. I divizionda iştirak edən bütün klublarla sıx əməkdaşlıq davam edir. İnanıram ki, 3-4 namizəd olacaq. Onlardan minimum ikisi qəbul ediləcək”.

O deyib ki, I divizionda 1-2-ci yeri tutmaq da önəmlidir: “Amma lisenziyalaşdırma qaydalarına uyğun iş təşkil çox vacibdir. Əvvəlki illərin təcrübəsi göstərdi ki, bölgə komandaları lisenziyalaşdırma qaydalarının tətbiqinə daha çox təşəbbüs göstərirlər”.

E.Məmmədovun sözlərinəı görə, birinci diviziondan yüksək liqaya 2 komanda yüksələcəyi üçün Regionlar Liqasından birinci diviziona yeni 2-3 komandanı cəlb etməyə çalışacaqlar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=70110