Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.79 $▲1.14%
  • WTI neft85.08 $▲0.08%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.181 $▲3.05%
  • Qızıl3 797 $▼2.08%
  • Gümüş45.94 $▼3.25%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda606.50 ¢▲1.17%
  • Bitcoin64 237 $▼0.98%
  • Ethereum1 802 $▼1.17%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Siyasət

Prezident İsrailin müdafiə nazirini qəbul etdi - Foto

image-prez-11
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantı qəbul edib.

Busaat.az xəbər verir ki, Yoav Qallant İsrailin Baş naziri Benyamin Netanyahunun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İsrailin Baş nazirinə çatdırmağı xahiş edib.

Söhbət zamanı dövlət başçısı ilə İsrailin müdafiə naziri arasında bu il Münxendə keçirilən görüş xatırlanıb.
İkitərəfli münasibətlərin inkişafından, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə edilib. İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfərinin əlaqələrimizin inkişafında rolu qeyd olunub.

Görüşdə Azərbaycanın İsraildə səfirliyinin açılmasının əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=115035