Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançıları təbrik edib.
Busaat.az məlumatına görə, dövlət başçısı bununla bağlı rəsmi tvitter hesabında paylaşım edib.
“Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”, – deyə Prezident qeyd edib.