Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 745 $▲0.99%
  • Ethereum1 817 $▲2.74%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Prezident seçkisini Məzahir Pənahov keçirməyəcək? – İstefaya göndərilir

image-resize-92
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Məlum olduğu kimi, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

İctimaiyyət arasında “Zəfər seçkisi” adlanan və ilk dəfə olaraq Azərbaycanın bütün ərazisini əhatə edəcək bu prezident seçkisi mərhələ xarakterli hadisə kimi qiymətləndirilir. Zəfərin yaratdığı yeni gerçəkliklər və yeni çağırışlara uyğun olaraq, ölkədə, əsasən də hakimiyyət sferasında böyük dəyişikliklərin olacağı gözlənilir.

İddialara görə, bu çağırışlar və yenilənmə tələbi ilk sırada Mərkəzi Seçki Komissiyasının sədri məsələsini də aktuallaşdırıb.

KONKRET.az xəbər verir ki, Musavat.com-a daxil olan məlumatlara görə, seçkidən öncə, hətta yaxın günlərdə MSK sədri Məzahir Pənahov təqaüdə göndəriləcək və onun yerinə yeni təyinat olacaq. Məlumatı rəsmi qaynaqlardan dəqiqləşdirmək mümkün olmadı.

72 yaşlı Məzahir Pənahov 2000-ci ildən etibarən bu vəzifəni daşımaqdadır.

O, 1998-2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da MSK üzvü təyin olunub və həmin gün komissiyaya sədr seçilib. 23 ildir MSK-ya sədrlik edən Məzahir Pənahov bu müddət ərzində 3 referendum (2002, 2009, 2016), 4 prezident (2003, 2008, 2013, 2018), 5 parlament (2000, 2005, 2010, 2015, 2020) və 4 bələdiyyə (2004, 2009, 2014, 2019) seçkisi keçirib. M.Pənahovdan öncə MSK-nın sədri Cəfər Vəliyev olub.

Məlumat üçün onu da bildirək ki, 2022-ci ildə Məzahir Pənahov vəzifələrindən birini itirib. O, Bakı Dövlət Universitetinin (BDU) Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=130482