Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.89 $▲1.25%
  • WTI neft85.26 $▲0.29%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.182 $▲3.08%
  • Qızıl3 797 $▼2.06%
  • Gümüş45.87 $▼3.41%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda606.75 ¢▲1.21%
  • Bitcoin64 351 $▼0.80%
  • Ethereum1 802 $▼1.16%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Gündəm

Prezidentin işdən çıxardığı general kimdir? - DOSYE

image-1688978725_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ceyhun Əkbər oğlu Həsənovu ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad edib. Dövlət başçısının digər sərəncamı ilə Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.

Busaat.az  xəbər verir ki, Ceyhun Həsənov 05.12.1962-ci il tarixdə Salyan rayonunda anadan olub. 1981-1983-cü illərdə SSRİ Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət keçib.

1994-cü ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1984-2004-cü illərdə daxili işlər orqanlarında müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb.

Ceyhun Həsənov 2004-2016-cı illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəisi vəzifəsində işləyib. 10.06.2016-cı il tarixdə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunub. Ona Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 noyabr tarixli Sərəncamı ilə ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

Daxili işlər orqanlarında uzun illər ərzində qüsursuz xidmətinə görə daxili işlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülüb. Qanunçuluğun qorunmasında, cinayətkarlıqla mübarizədə igidlik və şücaət göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01.07.2009-cu il tarixli Sərəncamı ilə “İgidliyə” görə medalı, habelə “Azərbaycan ədliyyəsinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

Ailəlidir, 3 övladı var.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=114874