Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 345 $▲1.93%
  • Ethereum1 825 $▲3.20%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Prokurorluq işçiləri hərbi qulluqçularla görüşdülər - Foto

image-mn1_copy
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Hərbi Prokurorluq işçiləri hərbi hissələrdə hərbi qulluqçularla görüşüblər.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Busaat.az-a bildirilib ki, Azərbaycan Respublikası hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev və Gəncə hərbi prokuroru, ədliyyə polkovniki Şöhrət Qəhrəmanov birgə tədbirlər planlarına əsasən Müdafiə Nazirliyinin və Daxili Qoşunların N saylı hərbi hissələrində hərbi qulluqçularla görüş zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla anılıb, qazilərə şəfa arzulanıb.

Ardınca Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan, o cümlədən Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbədən, eləcə də bu uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından və Silahlı Qüvvələrin qüdrətindən bəhs edilib.
Bundan sonra, Baş Prokuror cənab Kamran Əliyevin və Hərbi Prokuror Xanlar Vəliyevin salamlarını hərbçilərə çatdıran Firad Əliyev və Şöhrət Qəhrəmanov şəxsi heyətin hüquqi biliklərinin daha da artırılması məqsədilə hərbi qulluqçular qarşısında çıxış edib, onları maraqlandıran sualları cavablandırıb, eyni zamanda, şəxsi heyətin qayğı və problemləri ilə maraqlanıblar.

Hərbi Prokurorluq işçiləri tərəfindən mütəmadi olaraq həyata keçirilən bu kimi görüşlər davam etdirilir.

 




MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101277