PSJ ilə müqaviləmi 2024-cü ildə yeniləməyəcəyəm – Kilian Mbappe

image-141286backend

PSJ-nin 24 yaşlı ulduzu Kilian Mbappe Paris təmsilçisinin problemlərindən danışıb.

“Məqsədim bütün mümkün titulları əldə etməkdir. Çempionlar Liqasında uğursuz çıxış etdik. Bilirdik ki, PSJ-nin çatışmazlıqları var və bunun üçün gec-tez bədəl ödəməli olacağıq. Keçən mövsümün səhvlərindən nəticə çıxarmalı və hər dəfə onları təkrarlamamalıyıq.

Fərdi səviyyədə mən artıq bir neçə ildir ki, ən yüksək səviyyədəyəm. Mən inkişaf etmək istəyirəm.

Klubdan  bu yay məni buraxmağı xahiş etməmişəm. Lakin bildirdim ki, müqaviləmi 2024-cü ildə yeniləməyəcəyəm”, – Mbappe deyib.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki