
PSJ Kristof Qaltye ilə müqaviləni ləğv edib
Fransa çempionu PSJ fransalı Kristof Qaltye ilə müqaviləni ləğv edib.
Busaat.az bu barədə Fransanın “Le Parisien” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, onu baş məşqçi postunda iyunun 4-də Parisə gələn İspaniya millisinin və “Barselona”nın sabiq baş məşqçisi Luis Enrike əvəz edəcək.
İyulun 5-də isə PSJ-də mətbuat konfransı keçiriləcək.
Kristof Qaltye 2022-ci ildə PSJ-yə rəhbərlik edib.
Qeyd edək ki, Luis Enrike 2022-ci ildə İspaniya millisinin baş məşqçisi vəzifəsindən istefa verib.
Busaat.az























