Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.37 $▼3.35%
  • WTI neft83.35 $▼1.64%
  • Avropa qazı (TTF)82.15 €▼3.90%
  • Təbii qaz (ABŞ)3.260 $▲3.10%
  • Qızıl3 756 $▼0.82%
  • Gümüş44.95 $▼1.88%
  • Pambıq80.95 ¢▼0.52%
  • Buğda592.75 ¢▼2.07%
  • Bitcoin62 972 $▼2.93%
  • Ethereum1 764 $▼3.21%
  • S&P 5007 317▼0.32%
10°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Putin bu gün Paşinyanla görüşəcək

image-putin_pasinyan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Busaat.az xəbər verir ki, daha əvvəl Kremlin Mətbuat xidməti görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının icrasına baxılacağını bildirmişdi. Bundan əlavə, görüş zamanı bölgədəki mövcud problemlərin, xüsusən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kontekstində həll olunması üçün əlavə addımlar müzakirə ediləcək.

Putinin Paşinyanla Rusiya-Ermənistan strateji tərəfdaşlığının inkişafının aktual məsələlərini və Avrasiya məkanında inteqrasiya birliklərində qarşılıqlı fəaliyyət perspektivlərini də müzakirə edəcəyi gözlənilir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, tərəflər Ermənistandakı seçki prosesi ilə bağlı fikir mübadiləsi aparmağı da planlaşdırırlar.

Paşinyan “İnterfaks”a müsahibəsində Ermənistanın hərbi-texniki daxil olmaqla Rusiya ilə geniş və uzunmüddətli əməkdaşlığa yönəldiyini vurğulayıb. Onun sözlərinə görə, Ermənistan Rusiya silahlarını, xüsusən “Su-30SM” qırıcılarını almağa davam etməyi planlaşdırır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=42862