Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 005 $▼1.79%
  • Ethereum1 896 $▼1.61%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Putin Ərdoğana taxıl müqaviləsinə qayıtmağın şərtlərini açıqlayıb

image-erdoganputin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Rusiya və Ukrayna arasında taxıl böhranı Moskvanın sazişdən çıxmasından sonra dalana dirənib.

Busaat.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında müharibədə yeganə müsbət irəliləyiş kimi qeyd edilən taxıl müqaviləsinə qayıtmaq üçün telefon danışığı olub. Telefon danışığı zamanı Putinin bəzi tələblərinin olduğu üzə çıxıb.

Rusiya ilə Ukrayna arasında davam edən müharibə taxıl böhranına səbəb olub. Türkiyə və BMT-nin vasitəçiliyi ilə tərəflər arasında taxıl böhranına qarşı razılaşma əldə edilib.

Lakin Rusiyada keçən həftə bu razılaşmanı dayandırmaq qərarı qəbul edilib. Dünən isə, prezident Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Ankaranın verdiyi açıqlamada görüşün təfərrüatları ictimaiyyətə açıqlanmasa da, Moskva rəhbərliyi açıqlamanın təfərrüatlarını paylaşıb. Kremldən verilən açıqlamada Rusiyanın bəzi şərtləri olduğu və razılaşmaya qayıtmaq üçün zəmanətlər istədiyini bildirib.

Putin Ərdoğana bildirib: “Moskva yalnız Kiyevdən real təminat verildiyi təqdirdə sazişə qayıtmağı nəzərdən keçirə bilər”.

“Putin Ərdoğandan İstanbul sazişinə ciddi əməl ediləcəyi ilə bağlı Kiyevdən real vədlər istəyib və o, xüsusilə humanitar dəhlizlərdən hərbi məqsədlər üçün istifadə etməyəcəyinə dair söz istəyib” –deyə, Kremlin bəyanatında bildirilib. Kreml həmçinin bəyan edib ki, razılaşma yalnız Krıma pilotsuz təyyarə hücumu ilə bağlı təhqiqat başa çatdıqdan sonra bərpa oluna bilər.

Putin telefon danışığında Ərdoğana razılaşmanın ikinci hissəsinin, yəni Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına göndərilməsinin də reallaşmadığını xatırladıb və bu səbəbdən narahatlığını ifadə edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında taxıl müqaviləsi İyul ayında Türkiyə və BMT-nin vasitəçiliyi ilə imzalanıb. Noyabrın 19-da başa çatmalı olan müqavilə taxılın təhlükəsiz daşınmasını təmin edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89310