
Putin: "Rusiya xüsusi hərbi əməliyyata başlamasaydı"...
Ukrayna müharibəsindən danışdı “Rusiya xüsusi hərbi əməliyyata başlamasaydı, vəziyyət getdikcə pisləşəcək və gələcək itkilər Moskva üçün daha çox olacaqdı”.
Busaat.az xəbər verir ki, bu barədə Valday beynəlxalq diskussiya klubunun iclası zamanı çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.
“Rusiya xüsusi hərbi əməliyyata başlamasaydı, vəziyyət getdikcə pisləşəcək və gələcək itkilər Moskva üçün daha çox olacaqdı. Əməliyyatın əsas məqsədi Donbass xalqına kömək etmək olaraq qalır. Rusiya respublikaların müstəqilliyini tanımaqla kifayətlənə bilməzdi: Onlar təkbaşına yaşaya bilməzlər, bu, aşkar faktdır. Ukraynada baş verənləri qismən vətəndaş müharibəsi kimi şərh etmək olar, çünki ruslar və ukraynalılar vahid xalqdır, eyni xalq ayrı-ayrı dövlətlərdə qalıb. Müasir Ukraynanı yaradan Rusiya Ukrayna dövlətçiliyinin, suverenliyinin və ərazi bütövlüyünün yeganə həqiqi, ciddi təminatçısı ola bilər. Moskva hələ də Kiyevlə danışıqlara hazırdır, lakin Kiyev danışıqları davam etdirməmək qərarına gəlib. Vaşinqton Kiyevə siqnal verməlidir ki, problemlər sülh yolu ilə həll edilməlidir” – deyə, Putin bildirib.
“Ukrayna hadisələri göstərdi ki, Rusiya Qərbin sanksiyaları şəraitində özünün hamının düşündüyündən də güclü olduğunu sübut edən böyük dövlətdir. Sanksiyaların yaratdığı problemlərin pik həddi artıq arxada qalıb və son bir ildə heç kəs onların sanksiyalarından əziyyət çəkməyib. Xüsusi hərbi əməliyyat Moskvada itkilərə, ilk növbədə insan itkilərinə səbəb olur, lakin böyük qazanclar da var. Qərbyönümlü insanlar cəmiyyətin kiçik bir hissəsini təşkil edir” – deyə, Rusiya prezidenti ölkəsinin daxili siyasətinə diqqət çəkib.
Busaat.az























