Putin Təhlükəsizlik Şurasında yenə Qarabağı müzakirə etdi

Putin Təhlükəsizlik Şurasında yenə Qarabağı müzakirə etdibackend

Prezident Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Federasiyanın bölgələrindəki koronavirus pandemiyası ilə mübarizə baxımından mövcud vəziyyət və Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib.

Busaat.az xəbər verir ki, “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Qarabağ ətrafında yaranmış vəziyyət və həll yolundakı səylər barədə fikir mübadiləsi davam etdi”, – deyə Peskov qeyd edib.

Prezidentin mətbuat katibinin sözlərinə görə, Rusiyanın sosial-iqtisadi inkişafına dair digər aktual məsələlər də müzakirə olunub.

Qeyd olunur ki, iclasda Baş nazir Mixail Mişustin, parlamentin hər iki palatasının spikerləri Valentina Matviyenko və Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Kreml administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəzilik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, eləcə də Prezidentin Ətraf Mühitin Mühafizəsi, Ekologiya və Nəqliyyat üzrə Xüsusi Nümayəndəsi Sergey İvanov iştirak edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki