Putindən ABŞ-a XƏBƏRDARLIQ – Rusiya adekvat görəcək

image-putinbackend

“Rusiya ABŞ-ın dostca olmayan addımlarına qarşı adekvat hərbi-texniki tədbirlər görəcək”.

Busaat.az  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin Müdafiə Nazirliyinin geniş kollegiya iclasında deyib.

“Əlbəttə, artıq qeyd etdiyim kimi, qərbli həmkarlarımızın açıq-aşkar aqressiv xətti davam edərsə, biz də adekvat hərbi-texniki cavab tədbirləri görəcəyik, dostca olmayan addımlara sərt reaksiya verəcəyik. Vurğulamaq istəyirəm ki, buna haqqımız var. Bizim Rusiyanın təhlükəsizliyini və suverenliyini təmin etməyə yönələn tədbirlər görmək hüququmuz var”, – deyə Putin bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki