Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.28 $▲0.22%
  • WTI neft86.43 $▲0.05%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.282 $▼0.52%
  • Qızıl4 070 $▲0.67%
  • Gümüş52.83 $▲1.89%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda594.25 ¢▲0.13%
  • Bitcoin73 732 $▲0.05%
  • Ethereum2 065 $▲0.72%
  • S&P 5007 521▼0.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Dünya

Putindən postsovet ölkələrinə SSRİ MESAJI: “Rusiyanın ərazisi müvəqqəti KİÇİLİB…”

image-1654937035_db850a49-dca2-3434-8d8a-ace2228ba5e8_850-505x315
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Müasir Rusiya Federasiyasının ərazisi əbədiyyən kiçilməyib”. 

“Yeni Müsavat” xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi, Ukrayna ilə sülh danışıqlarında nümayəndə heyətinin rəhbəri olmuş Vladimir Medinski I Pytorun 350 illiyinə həsr olunmuş “Gələcək üçün tarix” beynəlxalq forumunda çıxışı zamanı deyib. “Onlar (Rus çarları – red.) yaxın vaxtlara qədər planetin altıda birini təşkil edən bir ölkə qurdular. İndi bu bir qədər az ərazidir. Amma bu azalma əbədi deyil”, – deyə Medinski vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin isə deyib ki, I Pyotr əraziləri qaytarır və möhkəmləndirirdi: “Bizim də qismətimizə bu düşüb”.

Bütün bu açıqlamalar, əlbəttə ki, postsovet ölkələrinə növbəti, açıq hədə, təhdiddir, ərazi iddiasıdır. “Ukrayna işğalının mütləq davamı olacaq” ismarışıdır, “SSRİ-2″ mesajıdır. Özü də Rusiya prezidentinin, onun köməkçisinin dilindən səslənən bir mesaj, hədə…

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=79238