
Putin səfərbərlik haqqında yeni FƏRMAN İMZALADI
Rusiya prezidenti Vladimir Putin ağır cinayətlər törətmiş şəxslərin səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılmasına icazə verən fərmanı imzalayıb.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı RİA xəbər agentliyi yayıb.
Məlumata görə, qanun uşaqlara qarşı cinsi zorakılıq, dövlətə xəyanət, casusluq və ya terrorizm cinayətləri törətməkdə təqsirli bilinənləri əhatə etmir.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi sentyabrın 21-də qəbul edilən qismən səfərbərlik qərarı çərçivəsində ümumilikdə 300 min nəfərin orduya cəlb edilməsinin planlaşdırıldığını açıqlayıb. Səfərbərlik prosesi ötən ay başa çatıb.
Busaat.az























