Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft92.51 $▲0.08%
  • WTI neft86.36 $▼0.32%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.238 $▼1.61%
  • Qızıl3 992 $▼1.53%
  • Gümüş51.59 $▼1.77%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda600.75 ¢▲1.14%
  • Bitcoin73 651 $▼0.06%
  • Ethereum2 047 $▼0.19%
  • S&P 5007 619▲1.29%
9°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Dünya

Putinin düşməni getdi, Zelenski meydanda tək qaldı

image-1657195192_292398041_1578174325909646_327538136045156417_n-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib.

Busaat.az  xəbər verir ki, o, bu barədə xalqa müraciətində bildirib. “Mən yeni lider seçilənə kimi vəzifəmi icra edəcəyəm”, – o bildirib.

Qeyd edək ki, Mühafizəkarlar Partiyası yeni liderin və yeni baş nazirin təyin olunması tələbi ilə çıxış edib.

Conson vəd edib ki, Britaniya hökuməti onun istefasından sonra da Ukraynanı dəstəkləyəcək.

Qeyd edək ki, Avropa İttifaqının aparıcı dövlətləri, Almaniya və Fransa liderlərinin Rusiyaya loyal münasibəti tənqid obyektidir. Bundan başqa bu iki ölkə Ukrayna ilə Rusiya arasında tezliklə sülhün bağlanmasına çalışırlar. Boris Conson isə Ukraynanın ərazi bütövlüyünü təmin olunduqdan sonra sülhün mümkünülüyünü söyləyirdi. Bu amil də onun istefasına təsir göstərən amillərdən sayıla bilər.

Rusiya Prezidenti Vladimir Putinin ən böyük düşmənlərindən sayılan Boris Consonunun bu qərarı Ukrayna məsələsində də bəzi suallar yaradıb. Yeni hökumət Ukraynaya dəstəyi azaldacağı təqdirdə bu Volodimir Zelenskiyə çox böyük zərbə olacaq.

Bu arada Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Boris Consonun istefa xəbərini şərh edərkən belə deyib: “Boris Conson bizi sevmir, biz də onu sevmirik”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=80962