Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.40 $▲0.35%
  • WTI neft86.61 $▲0.25%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.296 $▼0.09%
  • Qızıl4 056 $▲0.31%
  • Gümüş52.56 $▲1.38%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda594.00 ¢▲0.08%
  • Bitcoin73 646 $▼0.07%
  • Ethereum2 060 $▲0.47%
  • S&P 5007 521▼0.37%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Putinin səhhəti ilə bağlı yeni iddia

image-1653822886_putin_sad1653821813
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Son zamanlar Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı çox sayda məlumat yayılıb. Bildirilir ki, o, onkoloji xəstəlikdən əziyyət çəkir və bu səbəbdən də əməliyyat olunub. Kreml isə, öz növbəsində bu məlumatları təkzib edir və Putinin tamamilə sağlam olduğunu bəyan edirlər.

Busaat.az xəbər verir ki, Fransanın “Paris Match” nəşri Rusiyanın “Proekt” nəşrinin əməkdaşı Mixail Rubinin iştirakı ilə hazırladığı materialda Putinin səhhəti məsələsi ilə bağlı yeni iddia irəli sürüb.

İddiaya əsasən, V. Putini xarici səfərlərdə Federal Mühafizə Xidmətinin xüsusi əməkdaşı müşayiət edir. Jurnalistlərin məlumatına görə, 2017-ci ildən etibarən bu mühafizəçi Prezidentin analiz məlumatlarına cavabdehdir. Belə ki, həmin şəxs dövlət başçısının səhhəti ilə bağlı məlumatı gizli saxlamaq məqsədilə olduğu hər məkanın sanitar qovşağına nəzarət edir.

“Proekt” nəşri daha əvvəl yazırdı ki, 2016-cı ildən 2020-ci ilə qədər Putini səfərlərində Mərkəzi Klinik Xəstəxananın həkim qrupu müşayiət edib və onlar arasında qalxanabənzər vəzi xərçəngi üzrə mütəxəssis də olub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=79150