Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.55 $▼3.16%
  • WTI neft82.56 $▼2.57%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.374 $▲6.70%
  • Qızıl3 745 $▼1.10%
  • Gümüş45.27 $▼1.18%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda587.25 ¢▼2.97%
  • Bitcoin62 620 $▲0.62%
  • Ethereum1 773 $▲0.61%
  • S&P 5007 324▼0.23%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Son dəqiqə

Qanunsuz evlərlə bağlı MÜHÜM AÇIQLAMA

image-qanun-768x403
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün qanunsuz evlərdə yaşayan vətəndaşların problemlərindən biri də yaşadıqları evlərdə qeydiyyata düşə bilməmələridir. Vətəndaşlar bələdiyyədən aldıqları torpaqlar üzərində müvafiq sənədləşmə aparmadan ev tikirlər ki, bu da sonda vətəndaşın özünə problemlər yaradır.

Busaat.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bələdiyyə torpaqlarına dair istər satış, istərsə də icarə haqqında sənədlərin tərtib edilməsi, verilməsi mülkiyyət hüququnu tam təsdiq edən sənəd deyil.

“Çünki əgər torpaq bələdiyyə tərəfindən vətəndaşa satılırsa mütləq özəlləşdirilməlidir. Yəni torpaq özəlləşdirilib çıxarış alınmalıdır. Sonradan əgər həmin torpaq üzərində hər hansı tikinti işləri aparılacaqsa, bu da qanunvericiliyə uyğun sənədləşdirilməli və mülkiyyət hüququna dair müvafiq orqandan sənəd alınmalıdır. Belə olan halda o əmlak tam hüquqa malik olur və lazımi qiymətini alır.

Bələdiyyələr tərəfindən çoxsaylı belə sənədlər verilib. Lakin çox təəssüflər olsun ki, onlar vaxtında lazımi hüquqi qiymətini almayıb, müvafiq orqanlara müraciət edilməyib. Ona görə də həmin torpaqlar üzərində tikilən evlərə mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi gecikdirilir. Lakin bu proses davam edir, artıq on minlərlə sənəd hazırlanıb, bir çoxlarına hüquqi sənədlər təqdim edilib, müəyyən yarımçıq qalan sənədlər var ki, onların da üzərində iş gedir.

Düşünürəm ki, bu işlər sürətləndiriləcək. Çünki istər deputatlar tərəfindən, istərsə də ictimaiyyət tərəfindən ciddi təkliflər var. Hər şey qanunvericiliyə uyğun aparılmalıdır və ona görə də əmlak qanuni sənədlərlə öz təsdiqini tapmalı, gələcəkdə vətəndaşın narazılığına şərait yaratmamalıdır”, – deyə komitə sədri əlavə edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=137878