“Qarabağ” yay “transfer pəncərəsi”ndə heyətinə yeni futbolçu qata bilər.
Offsideplus.az Norveç mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Avroliqanın qrup mərhələsində üz-üzə gəldiyi “Molde”nin sol cinah yarımmüdafiəçisi Matias Loviklə yaxından maraqlanır. Norveç klubu 20 yaşlı gənc futbolçusu üçün 3 milyon avro tələb edir.