“Qarabağ” Braziliya millisinin və “Çelsi”nin sabiq ulduzunu transfer edir – FOTO

image-1673256743_1533208769_8196793_1533208608_958316416480028backend

“Qarabağ” braziliyalı ulduz futbolçu transfer edir.

Busaat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb. İddiaya görə, Ağdam təmsilçisi “Şanxay Port” klubunda çıxış edən Oskarla maraqlanır. “Qarabağ” 31 yaşlı braziliyalı yarımmüdafiəçini mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir.

Qeyd edək ki, Oskar dos Santos Emboaba Junior olan futbolçu peşəkar karyerasına Braziliyanın “San Paulo” klubunda başlayıb (2008-2010). 2010-cu ildə ölkəsinin başqa bir klubu – “İnternasional” onu 6 milyon avroya transfer edib. İki il sonra “Çelsi” yarımmüdafiəçini 32 milyon avroya heyətinə qatıb və 2017-ci ildə 60 milyon avroya “Şanxay Port”a satıb.

Oskar “Çelsi”nin heyətində iki dəfə İngiltərə çempionu (2014/15, 2016/17), bir dəfə Liqa Kubokunun (2014/15) və bir dəfə Avropa Liqasının (2012/13) qalibi olub. O, “Şanxay Port”la Çin çempionluğunu və Super Kubokunu qazanıb.

31 yaşlı futbolçu 2011-2015-ci illərdə Braziliya millisində 48 oyun keçirərək, 12 qol vurub, 2013-cü ildə FIFA Konfederasiyalar Kubokunu qazanıb.

Hazırda “Transfermarkt” ona 15 milyon avro qiymət qoyub.

“Çelsi”dən tanıdığımız braziliyalı yarımmüdafiəçinin “Şanqai Port”da özünü xoşbəxt hiss etmədiyi və bu səbəbdən klubdan ayrılmağa müsbət yanaşdığı qeyd olunur. Oskarın klubla müqaviləsi 2024-cü ilin noyabr ayına qədərdir. O, bu mövsüm cəmi bir dəfə kubok oyununda meydana çıxıb və bir qol vurub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90