Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.96 $▼2.71%
  • WTI neft83.97 $▼0.91%
  • Avropa qazı (TTF)82.47 €▼3.53%
  • Təbii qaz (ABŞ)3.221 $▲1.87%
  • Qızıl3 769 $▼0.46%
  • Gümüş45.63 $▼0.39%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.25 ¢▼0.50%
  • Bitcoin64 170 $▼1.08%
  • Ethereum1 800 $▼1.27%
  • S&P 5007 341▼1.07%
14°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

“Qarabağ” bu göstəricidə Avropada üç komandadan biridir

image-172165_tcu3w4iz31-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Misli Premyer Liqasının 11-ci turunda “Turan Tovuz”a qalib gələn (3:0) “Qarabağ” Avropada bu mövsüm xal itirməyən 3 komandadan biridir.

Busaat.az xəbər verir ki, Ağdam klubu yerli çempionatda ilk 10 qarşılaşmanın hamısında qalib gəlib.

“Qarabağ”la yanaşı, Lüksemburqda “Düdelanj” (10), Yunanıstanda “Panatinaikos” (9) da yerli çempionatda bütün oyunlarda qələbə qazanıb. Bu siyahıda yer alan Ukrayna “Dnepr-1″i isə 8-ci turda “İnqulets”lə 2:2 hesablı heç-heçə edib və uğurlu seeriyasına son qoyulub.

Top fərqində “Düdelanj” üstündür – 36:8. “Qarabağ”da top fərqi 31:7, “Panatinaikos”da isə 15:2-dir.

Qeyd edək ki, ehtiyatında bir oyunu da olan “Qarabağ” hazırda 30 xalla liderdir. Qurban Qurbanovun komandası Misli Premyer Liqasının 12-ci turunda “Şamaxı”nın qonağı olacaq. Görüş oktyabrın 30-də keçiriləcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=88405