“Qarabağ”dan 21-ci əsrin rekordu

image-qarabagbackend

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasında XXI əsrin rekorduna imza atıb.

Busaat.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna “Səbail”ə 3:0 hesabı ilə qalib gəldikləri XXVII tur oyununda nail olub.

“Köhlən atlar” yerli çempionatda vurduğu qolların sayını 68-ə çatdırıb.

Bunadək “Xəzər Lənkəran” 2004/2005, “Qarabağ” 2013/2014 və 2015/2016 mövsümlərində 66 qol vurmuşdu. Ağdam klubu bu göstəricini iki top üstələyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90