“Qarabağ ətrafında baş verənlər birbaşa olaraq Rusiya-Türkiyə münasibətlərindən asılıdır”

image-_120735500_3abf4fba-1bfd-4c69-96d0-d9b76e73bc5fbackend

Bu sözləri dünən baş tutan Soçi görüşü haqqında Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov Busaat.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, bu görüşün nəticələri həm Suriyadaki həm Azərbaycandaki proseslərə ciddi təsir etməlidir. Həmçinin bundan əvvəl hələ 44 günlük müharibə ərəfəsində Ərdoğanla Putin arasında Qarabağla bağlı müəyyən danışıqlar və müəyyən istiqamətlərdə dialoq müşahidə edilirdi:

“Bildiyiniz kimi, İdlib ətrafında rus və türk əsgərləri faktiki toqquşma ərəfəsində idilər və eyni zamanda Krımla bağlı Türkiyə və Rusiyanın mövqeyi bir-biri ilə fərqlənir.Məhz bu fonda  Putin və Ərdoğan arasında görüşdə çox vacib məsələ müzakirə edilib. Əlbəttə, mətbuata açıqlanan hissədə hər ikisi bir-birinə və iki dövlət arasındaki münasibəti xoş adlandırıblar.Lakin əslində bir çox prinsipial məsələlər var ki, düşünürəm, onlar arasında bazarlıq edilib və hələ də konkret olaraq müəyyən məsələlərdə, ələxsus, Suriya ilə bağlı nəticə əldə olunmayıb.”

“Bizim üçün çox vacibdir ki, iki ölkə arasında dialoq bundan sonra da davam etsin. Çünki Qarabağ ətrafında baş verənlər və sülhməramlıların cığallığı və bəzi məsələlərdə hörmətsizliyi birbaşa olaraq Rusiya-Türkiyə münasibətlərindən asılıdır. Buna görə də təsadüfi deyil ki, Ankara və Moskva arasında münasibətlər gərginləşən zaman bunu həm sülhməramlıların fəaliyyətində həm də Rusiyanın Cənubi Qafqazdaki siyasi baxış bucağında da hiss edirik”

Nərmin Kərim

image-zaur

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90