Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.63 $▲0.97%
  • WTI neft85.10 $▲0.11%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.178 $▲2.95%
  • Qızıl3 797 $▼2.06%
  • Gümüş46.00 $▼3.13%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda607.50 ¢▲1.33%
  • Bitcoin64 513 $▼0.56%
  • Ethereum1 809 $▼0.78%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

“Qarabağ” ilk xalını qazanıb

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qarabağ” klubu UEFA Avropa Liqasında V tur matçına çıxıb.

Busaat.az xəbər verir ki, Azərbaycan təmsilçisi Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda İsrailin “Makkabi” (Təl-Əviv) komandasını qəbul edib. İrlandiyalı referi Robert Hennessinin idarə etdiyi qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Heyətdəki zədə və koronavirusa yoluxmalar üzündən “Qarabağ” oyuna itkilərlə çıxıb. Baş məşqçi Qurban Qurbanovun iştirak etmədiyi qarşılaşmada ehtiyat oyunçular skamyasında cəmi 6 futbolçu yer alıb ki, onlardan 2-si qapıçı olub.

 

Start heyətdə isə qolkiper Şahruddin Məhəmmədəliyevin önündə müdafiəçilərdən Elvin Cəfərquliyev solda, Kevin Medina və kapitan Qara Qarayev mərkəzdə, Donald Gerye sağda yer alıb. Yarımmüdafiənin mərkəzində İsmayıl İbrahimli və Uroş Matiç, onların önündə Filip Ozobiç,cinahlarda Abdullah Zubir və Xayme Romero çıxış edib. Mərkəz hücumçusu mövqeyi isə Ovusu Kvabenaya həvalə olunub.

 

Hesabı İsraildəki görüşdə olduğu kimi, yenə Yonahan Kohen açıb. O, 22-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Lakin bu, həmin matçdan fərqli olaraq, görüşdə vurulmuş yeganə qol olmayıb. 37-ci dəqiqədə Xayme Romero bərabərlik qolunu vurub.

 

Bununla da “Qarabağ” I qrupunda ilk xalını qazanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=26554