Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.96 $▼2.71%
  • WTI neft83.97 $▼0.91%
  • Avropa qazı (TTF)82.47 €▼3.53%
  • Təbii qaz (ABŞ)3.221 $▲1.87%
  • Qızıl3 769 $▼0.46%
  • Gümüş45.63 $▼0.39%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.25 ¢▼0.50%
  • Bitcoin64 170 $▼1.08%
  • Ethereum1 800 $▼1.27%
  • S&P 5007 341▼1.07%
14°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi dəyişə bilər

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatması təkrarlana bilər.

Busaat.az xəbər verir ki, buna səbəb tədbir zamanı yanlışlığa yol verilməsidir.

İngiltərədə “Tottenhem” və Fransanın “Renn” klubları arasında G qrupunun VI tur matçı koronavirusa görə təxirə salındığından və UEFA həmin görüşlə bağlı qərar vermədiyindən püşkatmada hər iki klub iştirak edib. Reqlamentə əsasən, pley-offda eyni ölkə təmsilçiləri üz-üzə gələ bilməz. Bu səbəbdən İngiltərənin digər klubu olan “Lester”in rəqibi müəyyənləşərkən “Tottenhem” və “Renn” klublarının adlarının yer aldığı şar kənarda saxlanılıb. Nəticədə Danimarka “Randers”i “tülkülər”ə rəqib olub.

Bu iki klub püşkün nəticəsini etibarsız hesab edib apellyasiya şikayəti verə bilərlər. Bu halda püşkatmanın yenidən təşkil olunması istisna edilmir.

Daha əvvəl UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi texniki nasazlıq səbəbindən təkrarlanıb.

Qeyd edək ki, “Qarabağ” pley-offda Fransa “Marsel”inə rəqib olub. Ağdam klubu ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək. Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 00:00 və 21:45-də başlayacaq.

Mənbə: report.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=65951