“Qarabağ”ın oyununa bilet tapa bilməyənlərin nəzərinə

image-1660134001_qarabagbackend

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Olimpiakos” oyununa bilet satışı davam edir.

Busaat.az xəbər verir ki, qonaq komandanın azarkeşləri oyuna gəlmədiyindən əldə olunmuş razılığa əsasən, 28-ci sektorun biletləri də satışa çıxarılıb.

Xatırladaq ki, 30, 31, 37 və 38-ci sektorlara biletləri yalnız kassalardan əldə etmək mümkündür.

Kassalar bu gün saat 17:00-a qədər fəaliyyət göstərəcək. Digər biletləri isə iticket.az saytından da ala bilərsiniz.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90