“Qarabağ”ın rəqibi Bakıya gəlir – FOTOLAR

image-bazelbakibackend

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Bazel” Ağdam təmsilçisi ilə matç üçün Bakıya yollanıb. 

Busaat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandanın günorta saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna çatacağı gözlənilir.

İsveçrə təmsilçisinin baş məşqçisi Patrik Rahmenin mətbuat konfransı saat 19:30-da Bakı Olimpiya Stadionunda olacaq. Komanda son məşqini isə saat 20:00-da keçirəcək.

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq “Qarabağ” – “Bazel” görüşü saat 20:45-də başlayacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90