“Qarabağ” klubu ilkə imza atdı

image-1456858backend

“Qarabağ” klubu Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb. Bu, Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib.

Busaat.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun yetirmələri səfərdə “Səbail”ə qalib gəliblər – 3:0.

Ağdam klubu 1992-ci ildən keçirilən yarışın tarixinə 500 qələbə qazanan ilk komanda kimi düşüb. Bu yubiley 871-ci oyunda qeydə alınıb.

“Qarabağ”ın ilk qələbəsi 1992-ci il mövsümünə təsadüf edib. Mayın 6-da Kürdəmirin “Şirvan” komandasını qəbul edən Ağdam təmsilçisi 6:0 hesabı ilə qalib gəlib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90