Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.94 $▼2.74%
  • WTI neft83.89 $▼1.00%
  • Avropa qazı (TTF)83.55 €▼2.26%
  • Təbii qaz (ABŞ)3.189 $▲0.85%
  • Qızıl3 767 $▼0.54%
  • Gümüş45.61 $▼0.44%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.00 ¢▼0.54%
  • Bitcoin64 112 $▼1.17%
  • Ethereum1 797 $▼1.42%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

“Qarabağ” – “Omoniya” oyununun biletləri satışa çıxarılır

image-155998_bqn2cxp1gm
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Omoniya” (Kipr) ilə Bakıda keçirəcəyi oyununun biletləri bu gündən satışa çıxarılacaq.

Busaat.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılır (5-3 azn);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (10:00-22:00).

Qeyd edək ki, oyun gec saatlarında başa çatacağı üçün “Qarabağ” “Bakı Metropoliteni” QSC-yə ünvanladığı məktuba müsbət cavab verilib. Noyabrın 25-dən 26-na keçən gecə metronun “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyalarına giriş saat 01:00-dək sərnişinlər üçün açıq olacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=63601