Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.96 $▼2.71%
  • WTI neft83.97 $▼0.91%
  • Avropa qazı (TTF)82.47 €▼3.53%
  • Təbii qaz (ABŞ)3.221 $▲1.87%
  • Qızıl3 769 $▼0.46%
  • Gümüş45.63 $▼0.39%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.25 ¢▼0.50%
  • Bitcoin64 170 $▼1.08%
  • Ethereum1 800 $▼1.27%
  • S&P 5007 341▼1.07%
14°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

"Qarabağ"da yeni hücumçu - Rəsmi

image-12
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Milli komandamızın və Ukraynanın “Minay” klubunun üzvü Rüstəm Əhmədzadə “Qarabağ”da çıxış edəcək.

Bu barədə Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, 21 yaşlı hücumçu yaxın günlərdə müqavilə imzalamaq üçün Bakıya gələcək: “Rüstəm Əhmədzadənin məxsus olduğu klubla apardığımız danışıqlar müsbət yekunlaşıb. Birdəfəlik trasfer hüququnun əldə edilməsi üçün razılıq almışıq. Futbolçu yaxın günlərdə Bakıya gələcək. Tibbi müayinədən uğurla keçəcəyi halda onunla müqavilə bağlanacaq və artıq mövsümün ikinci hissəsindən “Qarabağ”ın oyunçusu olacaq. Müqavilənin detalları ilə bağlı məlumat isə rəsmi sözləşmə imzalandıqdan sonra veriləcək”.

Qeyd edək ki, Rüstəm Əhmədzadə bu ilin yayında milliləşdirilərək Azərbaycan yığmasına çağırılıb. O, millimizin heyətində 5 matçda iştirak edib. Əhmədzadə “Minay”da isə bu mövsüm 12 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=65760