Qarabağdakı dinc aksiyalarla bağlı dünya ictimayyətindəki FİKİRLƏR – İCMAL

image-prays521backend

Beynəlxalq ictimaiyyət və analitiklər hazırda azərbaycanlılar tərəfindən dinc aksiyaların təşkili və Qarabağa təbii qazın verilişinin dayandırılması barədə müxtəlif fikirlər səsləndirir.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Laçin dəhlizinin bağlanması ciddi humanitar nəticələrə malikdir və sülh prosesinə zərbə vurur.

Onlar öz növbəsində bir müddətdir baş verən hadisələri ciddi narahatlıqla izlədiklərini vurğulayıblar.

Şərqi Avropa və Qafqaz regionu üzrə ixtisaslaşmış Karneqi Avropasının baş elmi işçisi olan britaniyalı jurnalist Tomas de Vaal qeyd edib ki, Aİ rəsmiləri vəziyyətdən narahatdırlar və danışıqlar prosesini saxlamaq istəyirlər. Analitikin sözlərinə görə, son dövrlərdə Aİ vasitəçiliyi ilə aparılan danışıqlarda müəyyən irəliləyişlər qeydə alınıb, nəticədə tərəflər sülh müqaviləsi ilə bağlı açıqlamalar veriblər. Ancaq analitik qeyd edir ki, Qarabağ ermənilərinin gələcəyi ilə bağlı heç bir razılaşma yoxdur.

De Vaalın sözlərinə görə, Azərbaycan güzəştə getmək üçün gücdən istifadə edəcəyini göstərir. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin məqsədi yenidən müharibəyə başlamaq deyil, sülh müqaviləsi imzalamağı hədəfləyir, lakin Ermənistan tərəfi onun görmək istədiyi güzəştə razı olmur. De Vaal xəbərdarlıq edir ki, indi böyük hərbi münaqişənin astanasındayıq. O hesab edir ki, problemin həlli 2020-ci ilin noyabrında bağlanmış müqaviləyə əsasən, Moskvanın çiynində qalır, lakin Ukraynadakı müharibə səbəbindən onu uğurla həyata keçirə bilmir.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kauzlariçin sözlərinə görə, Azərbaycan tərəfinin Laçın dəhlizini bağlaması və Qarabağa təbii qazın verilməsini dayandırması Ermənistanla Azərbaycan arasında dialoqun uğursuzluğunun nəticəsidir.
Kauzlariçin sözlərinə görə, Rusiya Qarabağda neytral sülhməramlı fəaliyyət göstərmək iqtidarında deyil və orada mövcud olan Rusiya sülhməramlılarının sayı effektiv sülhməramlı fəaliyyəti üçün kifayət deyil.

Keçmiş səfir əlavə edib ki, bu gün Rusiyanın regionda mövqeyi xeyli zəifləyib və Moskvanın Ukraynaya təcavüzü səbəbindən onun mövqeyi aşağıdır.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki