
Qarabağdakı Rusiya sülhməramlıları yuxarıdan əmr gözləyirlər – Hraparak-dan İDDİA
“Dünən səhər saatlarından etibarən Azərbaycan tərəfi ekoloji aksiya adı altında yenidən Xankəndi-Gorus yolunu bağlayıb, beləcə on minlərlə Qarabağ ermənisini mühasirəyə alıb”.
Busaat.az xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzeti yazıb.
“Maraqlıdır ki, əvvəlki günlərdəki təxribatlarda Artsaxın nümayəndələri azərbaycanlılarla danışıqlarda iştirak edirdilər, xüsusən də danışıqlarda Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan iştirak edirdi. Artsax deputatları Rusiya sülhməramlılarının komandiri Andrey Volkov ilə görüşmüşdü. Ancaq dünən sülhməramlılar Artsax tərəfinin danışıqlarda iştirakını kəskin şəkildə rədd etdilər. Onlar yol bağlandıqdan sonra erməni avtomobillərinin “əsir götürüldüyü” hadisə yerinə hətta Artsax deputatlarına yaxınlaşmağa icazə vermədilər” – deyə, qəzet təxribat xarakterli məlumat yayıb.
“Rusiya sülhməramlıları bildiriblər ki, danışıqlardan söhbət gedə bilməz və bu, həm də azərbaycanlıların tələbidir. Onlar bildirdilər ki, problemin həlli siyasi qərar tələb edir və azərbaycanlıları zorla oradan çıxarmaq fikrində deyillər. “Yuxarıdan” qərar gələndə onlar da nə edəcəklərini biləcəklər” – deyə, qəzet qeyd edib.























