Qarabağdakı separatçılar: “Artsax Azərbaycanın bir hissəsi olmayacaq”

image-1625655168_modern_az_1606815105_untitled-1_589backend

“Artsax heç vaxt müstəqil Azərbaycanın bir hissəsi olmayıb və olmayacaq”.

Busaat.az news.am -a istinadən xəbər verir ki, qondarma Artsak respublikasının Milli Assambleyası hazırki həlledici dövrdə dünya üçün aşağıdakıların təsbit edilməsini və sənədləşdirilməsini zəruri hesab edib.

“Son ayların inkişafı, Azərbaycan-Qarabağ münaqişəsinin həlli perspektivləri və Artsaxın gələcəyi ilə bağlı müxtəlif güc mərkəzlərinin və beynəlxalq təşkilatların bəyanatları və mövqeləri Artsaxda və bütün erməni icmasında ciddi narahatlıq yaradıb. Artsax heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb və olmayacaq.

Məhz bu ideya Azərbaycan-Qarabağ münaqişəsinin həlli üçün əsas olmalıdır. Artsaxın zorla Azərbaycana birləşdirilməsi cəhdi beynəlxalq hüququn kobud şəkildə pozulması və erməni xalqına qarşı növbəti soyqırım törətmək üçün rəsmi lisenziya olardı, ona görə də belə məzmunlu hər hansı sənəd Artsax Respublikası üçün qəbuledilməzdir.

Ermənistan-Artsax-Diaspor üçlüyünün bütün uğurlarımızın və nailiyyətlərimizin, eləcə də dövlət quruculuğu prosesinin əsas təməllərindən biri olduğunu bir daha təsdiq edərək, Artsax Respublikasının Milli Assambleyası aşağıdakıları qeyd edir:

Ermənistan Respublikasında heç bir orqanın Artsax xalqının təhlükəsizliyini təmin etmək missiyasından imtina etmək və ya suveren Artsax Respublikasının mövcudluğuna şübhə yaradan hər hansı sənədi qəbul etmək hüququ yoxdur. Biz Ermənistan Respublikasının hakimiyyətini mövcud fundamental sənədlərə, xüsusən Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsinə və Ali Şuranın tarixi qərarına əsaslanaraq beynəlxalq platformalarda iki erməni Respublikasının ümumi maraqlarını müdafiə etməyə çağırırıq. Biz bütün dünyadakı erməniləri Artsaxı dəstəkləməyə, müxtəlif ölkələrdə və beynəlxalq instansiyalarda Artsaxın hüquq və maraqlarını qorumağa və hər vasitə ilə Artsax Respublikasının tanınması prosesinə töhfə verməyə çağırırıq. Artsax Respublikası sabit sülhün və sülh sazişinin imzalanmasına yönəlmiş addımların tərəfdarıdır, lakin Ermənistan Respublikasının hakimiyyət orqanları Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması məsələsinə qeyd-şərtlə yanaşmalıdırlar. Artsax Respublikasının suverenliyini, öz müqəddəratını təyinetmə hüququmuzu və onun həyata keçirilməsi faktını şübhə altına alan hər hansı sənəd və ya təklif bizim üçün qəbuledilməzdir, çünki bu, tarixi və hüquqi reallıqları əks etdirmir. Beynəlxalq ictimaiyyət Artsax ermənilərinin tələbinə hörmətlə yanaşmalıdır, çünki bu, beynəlxalq hüququn fundamental prinsip və normalarına uyğundur. Bölgəmizdə sülhün və sabitliyin təmin edilməsində Rusiyanın tarixi rolunu və xüsusilə də, işğalçı Azərbaycanın 2020-ci ildə həyata keçirdiyi 44 günlük müharibənin dayandırılmasında Prezident Vladimir Putinin birbaşa və fəal iştirakını nəzərə alaraq, Rusiya Federasiyasına müraciət edirik. Artsax xalqının təhlükəsizliyini təmin etmək öhdəliyini davam etdirməyi xahiş edirik. Onu gücləndirmək üçün biz Artsax ermənilərini təhdid edən real ekzistensial təhlükələri nəzərə alaraq əlavə siyasi və hərbi mexanizmlər tətbiq etməyi təklif edirik. Mübarizəmiz davamlıdır, mövqeyimiz dəyişməzdir. Rusiya bütün dünya ermənilərinin kollektiv iradəsini ifadə edir və bu tam olaraq Artsax Respublikası Milli Assambleyasının 14 aprel 2022-ci il tarixli bəyanatında qeyd olunan prinsiplərdən irəli gəlir” -deyə, bəyanatda qeyd olunub.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90