Qazaxıstan hava nəqliyyatında YENİ MƏRHƏLƏ

image-mezhdunarodnoe-aviasoobshchenie-vozobnovlyayut-v-kazakhstane-_-baigenews-kz_1200backend

QAZAXISTANDA YENİ HAVA UÇUŞLARI!

Qazaxıstanın hava nəqliyyatında yeni mərhələ – Özbəkistanın Centrum Air aviaşirkəti ilk uçuşunu həyata keçirir!

“Busaat.az” xarici mənbələrə istinadən xəbər verir ki, 2024-cü ilin 5 may tarixindən etibarən Özbəkistan Respublikasının “My Freighter” (Centrum Air) aviaşirkəti Qazaxıstanın hava nəqliyyatı bazarına daxil olur.

Aviaşirkət Daşkənd–Almatı istiqamətində birbaşa və müntəzəm sərnişin reyslərini həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri həyata keçirəcək. 6 iyundan etibarən isə cümə günləri əlavə reyslə həftəlik uçuş sayı 3-ə çatdırılacaq.

Yeni hava əlaqəsi Qazaxıstan və Özbəkistan arasında ticarət, investisiya, turizm və mədəni sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.

Nərmin Səmidova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki