Qazaxıstan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağla bağlı saziş imzalanmasını alqışlayır.
Busaat.az “Khabar 24”-ə istinadən xəbər verir ki, nazirliyin açıqlamasında bildirilir:
“QR XİN Azərbaycan Respublikası prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası prezidentinin Dağlıq Qarabağ münaqişəsi bölgəsində atəşin və bütün hərbi əməliyyatların dayandırılmasına dair bəyanatını yüksək dəyərləndirdiyini bildirir.
İmzalanmış razılaşmalar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun gələrək Dağlıq Qarabağ probleminin həlli üçün təməl təşkil edə bilər.
Həmin sənədi imzalamış Rusiya Federasiyasının qurucu rolunu, razılaşmaların həyata keçirilməsinə yönələn sülhpərvər səylərini müsbət qiymətləndiririk. Bu çətin məqamda Azərbaycan və erməni xalqlarının möhkəm sülh və əmin-amanlığın bərqərar olması, regionda təhlükəsizliyin təmin olunması üçün etibarlı bünövrə yaratmaq üçün səy göstərəcəklərinə ümidvarıq”.
Report