“Qəbələ”nin futbolçusu milli ilə çempion oldu – Video

image-millibackend

“Qəbələ”nin futbolçusu Omar Haninin çıxış etdiyi İordaniyanın U-23 millisi Qərbi Asiya Futbol Federasiyasının (WAFF) keçirdiyi turnirin qalibi olub.

Busaat.az xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən yarışın finalında İordaniya meydan sahibləri ilə üz-üzə gəlib və 3:1 hesabı ilə qalib gələrək çempion olub. Omar Hani görüşün ikinci hissəsində meydana daxil olub. O,komandasının 3-cü qolunun ötürməsini verib.

Qeyd edək ki, WAFF U-23 çempionatında 11 komanda iştirak edir və turnir 2015-ci ildən keçirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90