Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.81 $▲0.19%
  • WTI neft88.24 $▼0.01%
  • Avropa qazı (TTF)91.97 €▼1.85%
  • Təbii qaz (ABŞ)3.273 $▼1.77%
  • Qızıl3 905 $▼0.31%
  • Gümüş50.22 $▼0.05%
  • Pambıq83.18 ¢▲5.91%
  • Buğda591.25 ¢▲0.00%
  • Bitcoin69 814 $▼2.18%
  • Ethereum1 977 $▼1.99%
  • S&P 5007 592▼0.33%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Qərb oktyabrda Gürcüstanda yeni "Maydan" reallaşdıracaq - Rusiya XİN

image-rusiya-xin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qərb Rusiya Federasiyasının sərhədləri yaxınlığında yeni gərginlik mənbəyi yaratmaq üçün oktyabr ayına qədər Gürcüstanda yeni “Maydan” ssenarisini həyata keçirməyə çalışır.

Busaat.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Biz oktyabrda keçiriləcək parlament seçkiləri kontekstində qərblilərin Gürcüstanda vəziyyəti gərginləşdirmək cəhdlərini görürük. İstisna etmirik ki, məqsəd Rusiya sərhədləri yaxınlığında daha bir gərginlik mənbəyi yaratmaq ümidi ilə hakimiyyət dəyişikliyinin “Maydan” ssenarisini həyata keçirməyə çalışmaqdır”, – rusiyalı diplomat vurğulayıb.

Onun sözlərinə görə, ABŞ və Aİ ölkələri bir çox suveren dövlətlərə təzyiqlər edir.

Qaluzin həmçinin Litva, Latviya, Estoniya və İslandiyanın xarici işlər nazirlərinin mayın ortalarında Tbilisidə keçirilən küçə etirazlarında iştirakına da diqqət çəkib.

“Bunu müstəqil dövlətin daxili işlərinə açıq-aşkar müdaxilədən başqa bir şey kimi xarakterizə etmək çətindir. Bütün bunlar suverenliyini məhdudlaşdırmağa çalışdıqları ölkələrə öz iradələrini tətbiq edən neokolonial təcrübələrin iyrənc nümunələridir”, – Rusiya XİN başçısının müavini qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=139634