Qərb Ukraynadan xəbərsiz onunla bağlı heç bir qərar qəbul etməyəcək – Şolz

image-solzbackend

Qərb Ukrayna ilə bağlı vətəndaşlarının fikrini öyrənmədən heç vaxt qərar verməyəcək.

Busaat.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz bildirib.

“Ukraynaya nə qədər lazımdırsa, onu dəstəkləyəcəyik. Kontinental Avropa daxilində biz Ukraynaya maliyyə və humanitar yardım göstərməklə, o cümlədən onu silahlarımızla təmin etməklə, təlimlər təşkil etməklə hər kəsdən çox iş görən ölkəyik. Ukrayna hərbçiləri üçün təmir işləri aparır və təbii ki, lazımi sursatla təmin edirik”, – o, kabinet iclasından sonra deyib.

“Dostlarımız və müttəfiqlərimizlə birlikdə biz həmişə açıq şəkildə bəyan etmişik ki, ukraynalıların iradəsindən kənar heç bir qərar qəbul etməyəcəyik”, – kansler vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90