Qəzzaya növbəti hücum edildi: ÖLƏNLƏRİN SAYI…

image-gazze-ambulance-aa-2305289jpg-1733747334backend

İsrailin Qəzza zolağının cənubundakı Rəfah və Qəzza şəhərlərinə təşkil etdiyi hücumlarda 8 fələstinli həyatını itirib.

Busaat.az xarici mediaya istinadla xəbər verir ki, İsrail ordusu Rəfah şəhərinin şərqindəki Harbe əl-Ades bölgəsində pilotsuz uçuş aparatı ilə hücum həyata keçirib.

Hücumda 6 fələstinli həyatını itirib, çox sayda insan da yaralanıb.

Həmçinin, Qəzzanın mərkəzi hissəsindəki əl-Zəvayidə bölgəsində məcburi köçkün fələstinlilərin çadırına da hücum edilib.

Hücumda 2 fələstinli ölüb.

 

Zeyd Bağırzadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki