Qırğızıstan-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşdi

image-tacikistanbackend

Qırğızıstan və Tacikistan arasındakı sərhəddə vəziyyət yenidən gərginləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

“Tacikistan tərəfi Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı tərəflərin hökumətlərarası nümayəndə heyətlərinin əvvəllər əldə etdikləri bütün razılaşmaları pozaraq gecə saatlarında Çon-Alay bölgəsinin Unju-Bulak sahəsindəki sərhədin müəyyən olunmamış bir hissəsində, Qırğızıstan Respublikası ərazisinə min metrə qədər irəliləyərək bir konteyner quraşdırmağa başlayıb”,- deyə açıqlamada qeyd olunub.

Bildirilib ki, Qırğızıstan tərəfi vəziyyəti tərəflərin sərhəd təmsilçiləri səviyyəsində tənzimləmək üçün tədbirlər görür, lakin Tacikistanın sərhəd nümayəndələri telefon zənglərinə cavab vermirlər.

Eyni zamanda Tacikistanla dövlət sərhədinin hissəsində yerləşən Qırğızıstan sərhəd xidmətinin bölmələri gücləndirilmiş xidmət rejiminə keçib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki